EN

Məşhur müğənni aldadıldı - Fanatı ilə nikah bağladı

Məşhur müğənni Louis Tomlinson dünya turu zamanı İndoneziyada üzləşdiyi gözlənilməz hadisə ilə gündəmə gəlib.

News24.az xəbər verir ki, o, pərəstişkarlarına avtoqraf paylayarkən həyatının şokunu yaşayıb. Müğənniyə imzalatmaq üçün uzadılan sənədin əslində nigah şəhadətnaməsi olduğu sonradan məlum olub.

“Faith In The Future” albomu çərçivəsində İndoneziyada konsert verən Tomlinson tədbir zamanı sənədi tərəddüd etmədən imzalayıb. Daha sonra sənədin nigah kağızı olduğu ortaya çıxıb və həmin fanat özünü “Louis Tomlinsonun həyat yoldaşı” kimi təqdim edib. 

Lakin İndoneziya qanunvericiliyinə görə, rəsmi nigahın keçərli sayılması üçün toy mərasimi də olmalıdır. Buna görə də, müğənninin xəbəri olmadan baş verən bu “evlilik” hüquqi baxımdan keçərli sayılmayıb.

Xeyrənsə Piriyeva

Chosen
64
1
news24.az

2Sources