EN

Putin-Zelenski görüşünün hazırlanmasına cavabdeh olan şəxslər açıqlanıb

ABŞ-nin vitse-prezidenti Cey Di Vens, dövlət katibi Marko Rubio və prezidentin xüsusi elçisi Stiven Uitkoff Rusiya və Ukrayna liderləri Vladimir Putinlə Volodimir Zelenski arasında tez bir zamanda görüş təşkil etmək üçün tərəflərlə işi koordinasiya edəcəklər.

“Report” xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Kerolayn Levitt jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə bildirib.

"Prezident Donald Tramp Putinlə telefonla danışıb və o, sülh prosesini növbəti mərhələyə - Putinlə Zelenski arasında görüş, ardınca isə lazım gələrsə, Putin, Zelenski və Tramp arasında üçtərəfli görüş təşkil etməyə razılaşıb. Vens, Rubio və Uitkoff bunun mümkün qədər tez baş verməsi üçün Rusiya və Ukrayna ilə koordinasiyanı davam etdirəcəklər”, - Levitt söyləyib.

Chosen
22
5
report.az

6Sources