EN

Araz Naxçıvan ın baş məşqçisi: Bir xal da bizim üçün xeyirlidir

Milli.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

"Zirə" ilə matçda qazanılan 1 xal "Araz-Naxçıvan" üçün xeyirli olub.

Milli.Az xəbər verir ki, bunu "Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev Misli Premyer Liqasının I turunda "Zirə"yə qarşı keçirdikləri oyundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis heç-heçə ilə başa çatan qarşılaşmanı şərh edib:

"Gərgin oyun alındı. Hər iki komanda meydanda yaxşı mübarizə apardı. Bir xal da bizim üçün xeyirlidir. Komanda olaraq turlar keçdikcə özünəinam artacaq. Əvəzetmələri oyunun gedişinə görə etdik. Əvəzolunmaz futbolçu yoxdur. Bir qədər də ehtiyatı əldən vermədik. "Omoniya" ilə oyundan sonra təzyiqlər oldu. Biz də çalışdıq nəsə edək, amma təcrübəsizlik sözünü dedi. Ümumi götürdükdə, minimum vəzifənin öhdəsindən gəlməyi bacardıq. Avrokuboklar artıq bizim üçün bitib. Yaxşı təcrübə qazandıq".

O, rəhbərlik şans verənə qədər işinin başında olacağını söyləyib:

"Məşqçi işi daimi deyil. Rəhbərlik nə vaxta qədər etimad göstərəcəksə, o vaxta qədər də işimizin başında olacağıq. Hər bir məğlubiyyət komandaya təsir edir. Sevindirici məqam odur ki, bərk, xarakterli komandam var. Düşünürəm ki, maneələrin komandamıza təsir olmayacaq. Əlbəttə, daha yaxşısını etmək olardı. Ola bilsin gücünüz, bəlkə də təcrübəmiz çatmadı. Ancaq keçmişlə yaşamaq istəmirik. Sadəcə, nəticə çıxartmalıyıq".

Qeyd edək ki, "Zirə" - "Araz-Naxçıvan" oyunu 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

 

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
8
2
news.milli.az

7Sources