EN

Metroda gözlənilən YENİLİKLƏR

Oxu.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Yarıməsrdən çox yaşı olan "Bakı Metropoliteni" paytaxtın rəmzlərindən birinə çevrilməklə yanaşı, həm də əsas ictimai sərnişin nəqliyyat vasitəsi olduğundan onun sosial əhəmiyyəti danılmazdır.

Metronun inkişafı və genişləndirilməsi istiqamətində son 20 il ərzində mühüm layihələr icra olunub.

Bu illər ərzində Metropolitendə qatarların hərəkətinin əsas təminatçısı olan enerji sisteminin dayanıqlılığının artırılması, texniki təhlükəsizlik tələblərinin təmin edilməsi və yeni standartların tətbiqi baxımından Yaşıl və Qırmızı xətlərdə 4 yarımstansiya tikilib, 6-sı tamamilə yenidən qurulub. Son 20 il ərzində Yaşıl və Bənövşəyi xətlər üzrə 7 yeni stansiya inşa edilib. Ötən müddət ərzində 150 yeni vaqon alınıb və parkın 50 faizə yaxını məhz yeni nəsil qatarlardır.

Nəqliyyat eksperti Rauf Ağamirzəyevin sözlərinə görə, elan olunmuş Dövlət Proqramı çərçivəsində yeni xətlərin, yeni stansiyaların tikintisi nəzərdə tutulub:

"Metro üçün önəmli olan Yaşıl xəttin deposunun tikilməsi, xətlərin ayrılması kimi önəmli layihələrin icrasına artıq başlanılıb. Düşünürəm ki, yaxın illərdə biz mərhələli şəkildə metrodan daha çox istifadə edənlərin sayını müşahidə edəcəyik. Görülən işlər nəticəsində qatarların daha aşağı intervalla hərəkəti mümkün olacaq".

Ətraflı Baku TV-nin süjetində:

Metroda gözlənilən YENİLİKLƏR

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
8
1
oxu.az

2Sources