Cəlilabad rayonunun dörd kəndinin əsas küçələrinin yoluna asfalt örtüyü çəkilməsi işləri yekunlaşıb. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, işlər Abdullu, Astanlı, Zopun və Cəfərli kəndlərində aparılıb. Həmçinin rayonun Çünəxanlı və Həsənli kəndlərinin sakinləri də bu yoldan istifadə edir. Dörd kəndi əhatə edən yol 5 kilometr uzunluğundadır. Kənd sakinlərinin sözlərinə görə, sonuncu dəfə həmin küçələrə asfalt örtüyü təxminən 40 il öncə çəkilib.
FOTO QALEREYA