“Qalatasaray”ın futbolçusu Derrik Köhn karyerasını Almaniya Bundesliqasında davam etdirəcək.
90deqiqe.Az-ın məlumatına görə, 26 yaşlı müdafiəçi bundan sonra Almaniya təmsilçisi “Union Berlin”in uğurları üçün çalışacaq.
Bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Bundesliqa klubu almaniyalı oyunçu “Qalatasaray”a 4 milyon avro transfer haqqı ödəyəcək və əlavə 500 min avro şərti bonus da mövcuddur.
Əlavə olaraq, futbolçunun gələcəkdə başqa klub tərəfindən alınması halında “Union Berlin”in həmin transferdən əldə edəcəyi məbləğdən 2 milyon avro çıxılacaq və qalan məbləğin 20%-i “Qalatasaray”a ödəniləcək.