EN

“Milan” yeni hücumçu transfer edə bilər

“Milan” klubu heyətini yeni hücumçu ilə gücləndirməyi planlaşdırır.

90deqiqe.Az-ın "La Gazzetta dello Sport"a istinadən məlumatına görə, "rosseneri"lər “Sportinq”in 20 yaşlı hücumçusu Konrad Harderin xidmətində maraqlıdır.

“Milan” rəhbərliyi hazırda gənc forvardı transferi barədə düşünür, lakin klubun hücum mövqeyi üçün prioritet hədəfi hələ də “Mançester Yunayted”dən Rasmus Hoylund və ya “Yuventus”dan Duşan Vlahoviçdir.

“Sportinq” isə danimarkalı futbolçunun satışından təxminən 28 milyon avro gəlir əldə etməyi planlaşdırır. Ötən mövsümdə Harder 54 oyunda 13 qol vurub və 10 məhsuldar ötürmə edib. Transfermarkt məlumatına görə, onun hazırkı bazar qiyməti 24 milyon avrodur.

Chosen
15
90deqiqe.az

1Sources