EN

İranda İsrailin atdığı partlamamış hərbi sursat partlayıb, bir uşaq ölüb

İsrailin iyun ayında Lorestan əyalətinə hücumları zamanı partlamamış hərbi sursatın partlaması nəticəsində 1 uşaq ölüb, 9 nəfər yaralanıb.

APA xəbər verir ki, bu haqda İran dövlət televiziyası məlumat yayıb.

Məlumata görə iyun ayında atılan və partlamamış hərbi sursat Beyranşəhr rayonunun kəndlərindən birində partlayıb.

Partlayış nəticəsində 6 yaşlı uşaq ölüb, 9 nəfər yaralanıb.

Xəsarət alanların hamısının uşaq və yeniyetmə olduğu bildirilir.

Chosen
39
1
apa.az

2Sources