EN

“Onun niyə belə dediyini tam başa düşə bilmirəm”

Sabiq futbolçu Lotar Matteus “Bayern”in hücumçusu Harri Keynin son açıqlamasına münasibət bildirib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı keçmiş futbolçu bunu deyib:

“Keynin niyə belə dediyini tam başa düşə bilmirəm. Luis Dias və Conatan Ta əla gücləndiricilərdir və yaxşı yarımmüdafiəçi olan Tom Bişov da komandaya qoşulub.

Camal Musiala, Alfonso Deyvis və Hiroki İto mövsüm ərzində zədələrini sağaldacaqlar. Mövsümöncəsi hazırlıqlarda özünü yaxşı tərəfdən göstərən gənc futbolçular da var.”

İngilis futbolçu komandada oyunçuların sayının çox olmadığını açıq şəkildə bildirib və Münhen klubunun hazırkı heyətini “indiyə qədər oynadığı ən kiçiklərdən biri” adlandırıb.

“Bayern” mövsümə Almaniya superkubokunda “Ştutqart” üzərində 2:1 hesablı qələbə ilə başlayıb. Komanda avqustun 22-də, Bundesliqanın ilk turu çərçivəsində “Leyptsiq”lə qarşılaşacaq.

Chosen
17
sportinfo.az

1Sources