EN

İxtisas seçimi başa çatdı - Neçə nəfər ərizəsini təsdiqlədi?

Ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi başa çatıb.

Abituriyentlər 19 avqust saat 23:59-dək qəbul olmaq istədikləri ixtisasları “Abituriyentin (subbakalavrın) elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməli idilər.

Modern.az-ın Dövlət İmtahan Mərkəzindən (DİM) əldə etdiyi məlumata görə, 86459 abituriyent (subbakalavr) ərizəsini təsdiq edib. Müsabiqəyə yalnız ərizəsini təsdiq etmiş şəxslər buraxılırlar.

Hazırkı vəziyyətə görə, qruplar üzrə ərizəsini təsdiq edən abituriyentlərin sayı aşağıdakı kimidir:

1-ci qrup: 23919

2-ci qrup: 19040

3-cü qrup: 24414

4-cü qrup: 6966

5-ci qrup: 16517

Chosen
8
modern.az

1Sources