BAKI, 20 avqust. TELEQRAF
Əfqanıstanın Herat əyalətində avtobus, motosiklet və yük maşınının toqquşması nəticəsində azı 71 nəfər ölüb.
Teleqraf “Reuters”ə istinadən xəbər verir ki, bu barədə əyalət administrasiyasından məlumat verilib.
Bildirilir ki, ölənlər arasında 17 uşaq da var.