EN

Gəncədə qəza nəticəsində 4 nəfər xəsarət alıb

ain.az, Apa.az portalına istinadən məlumat verir.

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Hyundai" markalı minik avtomobili yolda hərəkətdə olan digər avtomobillə toqquşub.

Daha sonra "Hyunday" idarəetmədən çıxaraq yol kənarındakı aptekə çırpılıb.

Qəza nəticəsində 4 nəfər xəsarət alaraq xəstəxanaya aparılıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
40
5
apa.az

8Sources