EN

Çempionlar Liqası: “Qarabağ”dan Macarıstanda tarixi qələbə

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda "Qarabağ" səfərdə"Ferentsvaroş"la (Macarıstan) qarşılaşıb.

Yenisabah.az xəbər verir ki, "Qroupama Arena"da keçirilən matçda Ağdam təmsilçisi qələbəyə qazanıb - 3:1.

Qarşılaşmada hesabı meydan sahibləri açıblar. 29-cu dəqiqədə Barnabas Varqa adını tabloya yazdırıb. pizza

İkinci hissədə dönüş yaradan qonaqlar 50-ci dəqiqədə Marko Yankoviçlə "status-kvo"nu bərpa ediblər. 67-ci dəqiqədə diqqət mərkəzinə düşən Kevin Medina "köhlən atlar"ı hesabda irəli çıxarıb. 85-ci dəqiqədə isə rəqib qapısına yol tapan Musa Qurbanlı yekun hesabı müəyyənləşdirib.

Qeyd edək ki, komandalar arasında cavab matçı avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Qalib tərəf UEFA Çempionlar Liqasının, məğlub olan isə Avropa Liqasının əsas mərhələsinə qatılacaq.


Telegram kanalımız
Chosen
68
14
yenisabah.az

10Sources