EN

"Qarabağ"dan Macarıstanda möhtəşəm qələbə

style='margin-bottom:10px;'>

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin oyunlarına start verilib. 

QOL.az xəbər verir ki, Azərbaycan çempionu "Kəhər atlar" ləqəbli “Qarabağ” da meydana çıxıb. 

Ağdam klubu səfərdə Macarıstan çempionu “Ferensvaroş”un qonağı olub. Qarşılaşmada  hesabı meydan sahibləri açsa da, "Qarabağ" əzmkar oyun nümayiş etdirib və vacib səfər matçında qalib gəlib - 3:1. 

Xatırladaq ki, "Qarabağ" “Ferensvaroş”la artıq bir dəfə Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində üz-üzə gəlib. 2022-ci ildə Qurban Qurbanovun komandası evdə 1:1 hesabı ilə heç-heçə etdiyi "Ferensvaroş"a Macarıstanda 3:1 hesabı ilə qalib gələrək pley-off-a yüksəlib.

Qeyd edək ki, komandalar arasında cavab matçı avqustun 27-də Bakıda olacaq.

Hazırda UEFA reytinqində macar klubu 59-cu, Azərbaycan çempionu isə 65-ci yeri tutur.

19 avqust

UEFA Çempionlar Liqası

Pley-off, ilk oyun

23:00. “Ferensvaroş” (Macarıstan) -“Qarabağ” (Azərbaycan) - 1:3 

Qollar: Barnabas Varqa, 29 (1:0), Marko Yankoviç, 50 (1:1), Kevin Medina, 67 (1:2), Musa Qurbanlı, 85 (1:3)

Hakimlər: Juan Pedru da Silva Pineyro, Brunu Migel Alveş Jezuş, Lusiano Antonio Qomeş Maya, Klaudiu Filipe Ruivo Pereyra (Portuqaliya)

Budapeşt, “Groupama Arena” 

Chosen
90
12
teleqraf.com

10Sources