Fanat portalından verilən məlumata əsasən, ain.az bildirir.
UEFA Çempionlar Liqasında pley-off mərhələsi start götürüb.
Fanat.Az xəbər verir ki, mərhələ çərçivəsində bu gün 3 oyun baş tutub.
Azərbaycan təmsilçisi "Qarabağ" "Ferentsvaroş"u 1:3 hesabı ilə məğlub edib. Digər iki görüş Serbiya və Şotlandiyada reallaşıb."Pafos" səfərdə "Srvena Zvezda"dan güclü olub."Brügge" isə "Reyncers"i 3 qolla üstələyib.
Qeyd edək ki, pley-off mərhələsinin qalan ilk oyunları sabah, cavab görüşləri isə 26-27 avqustda keçiriləcək. Bu mərhələnin nəticələrinə əsasən Çempionlar Liqasının Liqa mərhələsinin iştirakçılarının yekun siyahısı formalaşacaq.
UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, ilk oyunlar
19 avqust
"Ferentsvaroş" (Macarıstan) - "Qarabağ" (Azərbaycan) 1:3
"Srvena Zvezda" (Serbiya) - "Pafos" (Kipr) 1:2
"Reyncers" (Şotlandiya) - "Brügge" (Belçika) 1:3
Abunə Ol
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.