“Qalatasaray”ın baş məşqçisi Okan Buruk komandanın müdafiəçisi Karlos Kuestanın gələcəyi ilə bağlı açıqlama verib.
90deqiqe.Az xəbər verir ki, "TV100" təcrübəli çalışdırıcının dediklərini belə çatdırıb.
“Karlos Kuestanın Rusiyaya getməsi ehtimalı yüksəkdir. O, peşəkar və yaxşı insandır. Bu dövrdə anladıq ki, Kueştaya bazarda çox təkliflər var. O, Kolumbiya millisinin üzvüdür və heç vaxt pis futbolçu adlandırıla bilməz”.
Ötən günlərdə Kolumbiya futbolçusunun yaxın zamanda Moskva “Spartak”ına keçəcəyi ilə bağlı xəbərlər yayılmışdı.
26 yaşlı Kueşta 2025-ci ilin fevralından “Qalatasaray”da çıxış edir. O, indiyə qədər komanda ilə bütün turnirlərdə 9 oyuna çıxıb, amma məhsuldar hər hansı göstəriciyə imza atmayıb. Onun mövcud müqaviləsi 2028-ci ilin yayına qədər nəzərdə tutulub. Transfermarkt portalının məlumatına görə, Kueştanın bazar qiyməti 7 milyon avrodur.