EN

"Biz heç vaxt təslim olmayan komandayıq" - "Ferentsvaroş"un prezidenti

"Ferentsvaroş"un prezidenti Qabor Kubatov Çempionlar Liqasının pley-off mərhələsinin Budapeştdə keçirilən ilk oyununda uduzduqları "Qarabağ"ı qələbə münasibətilə təbrik edib.

"Football-plus.az" xəbər verir ki, o, 1:3 hesablı məğlubiyyətdən sonra sosial şəbəkə hesabında oyunla bağlı paylaşım edib.

Klub rəhbəri rəhbəri bunları qeyd edib:
“Qarabağ”ı təbrik edirəm. Bu gün hər şey onların istədiyi kimi oldu. Amma biz heç vaxt təslim olmayan komandayıq. İrəli, “Ferentsvaroş!””.

Xatırladaq ki, komandalar arasında cavab matçı avqustun 27-də Bakıda olacaq.
Chosen
30
2
football-plus.az

3Sources