EN

Putin-Zelenski görüşü Macarıstan və ya İsveçrədə baş tuta bilər

Ağ Ev Macarıstan və İsveçrəni Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Volodimir Zelenski arasında görüş, eləcə də ABŞ prezidenti Donald Trampla sonrakı üçtərəfli sammit üçün mümkün məkanlar kimi nəzərdən keçirir.

APA xəbər verir ki, bu haqda CNN Ağ Evin üç rəsmisinə istinadən xəbər verir.

Rəsmilərdən birinin sözlərinə görə, ABŞ prezidenti Macarıstanın baş naziri Viktor Orbanla bu yaxınlarda telefon danışığında Budapeştdə görüşün keçirilməsi imkanını şəxsən müzakirə edib.

Mənbələr hələlik yekun qərarın verilmədiyini və müxtəlif variantların müzakirə olunduğunu vurğulayır.

Chosen
17
2
apa.az

3Sources