EN

ABŞ prezidenti dünyada müharibələrə son qoymağa çalışdığını bildirib

ABŞ prezidenti Donald Tramp bildirib ki, o, müharibələrə son qoymaq və Ukraynadakı münaqişənin həllinə nail olmaq istəyir.

“Report”un xəbərinə görə, o, bunu amerikalı jurnalist Mark Levinə müsahibəsində deyib.

“Bunu etməyi xoşlayıram. Mən müharibələri dayandırmağı xoşlayıram”, - Ağ Evin rəhbəri bildirib.

Ukraynadakı münaqişədən danışan Tramp vurğulayıb: “Aramızda bir okean var. Biz bu işə bu qədər qarışmalı deyildik. Müharibəni dayandıra bilsək, bu, əla olardı”.

Chosen
8
50
report.az

10Sources