Qeyd edək ki, Türkiyə son 25 ildə ikinci dəfə alyans sammitinə ev sahibliyi edəcək. Bundan əvvəlki tədbir 2004-cü ildə İstanbulda baş tutub.
Ajans.az xəbər verir ki, bu barədə alyansın Mətbuat Xidməti məlumat yayıb. "İyulun 7-8-də Ankarada NATO sammitinə ev sahibliyi edəcəyi üçün Türkiyəyə təşəkkür etmək istəyirəm", - NATO-nun baş katibi Mark Rütte bildirib. Onun sözlərinə görə, Ankarada NATO liderləri hazırkı çağırışlara cavab hazırlamağa davam edəcəklər.