BAKI, 20 avqust. TELEQRAF
Rusiya ordusu avqustun 20-nə keçən gecə Ukraynanın Sumı vilayətinin Axtırka şəhərinə PUA-larla zərbələr endirib.
Teleqraf “RBC-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə yerli polisdən məlumat verilib.
Məlumata görə, hücum zamanı ikisi uşaq olmaqla 12 nəfər yaralanıb.
Bildirilir ki, 1 yaşayış binasına, 13 fərdi evə, 1 yardımçı tikiliyə və qaraja ziyan dəyib.