EN

İxtisas seçimi başa çatdı - Ən çox rəqabət bu qruplardadır

Ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi ötən gecə başa çatıb.

Modern.az Dövlət İmtahan Mərkəzindən (DİM) əldə etdiyi rəqəmləri diqqətə çatdırır:

I ixtisas qrupu RK alt qrupu üzrə 12955 plan yeri uğrunda 11819, Rİ alt qrupunda isə 7430 plan yeri uğrunda 6848 abituriyent mübarizə aparacaq. Ümumilikdə bu qrupdakı 20385 plan yerinə qarşı 23919 abituriyent və subbakalavr elektron ixtisas seçimini təsdiq edib.

II ixtisas qrupu üzrə 14935 plan yeri uğrunda 19041 abituriyent və subbakalavr ərizəsini təsdiqləyib.

III ixtisas qrupu DT alt qrupu üzrə 13558 plan yeri uğrunda 24087, TC alt qrupunda isə 2025 plan yeri uğrunda 7620 abituriyent mübarizə aparır. Ümumilikdə 15583 plan yerinə qarşı 24414 abituriyent və subbakalavr elektron ixtisas seçimini təsdiq edib.

IV ixtisas qrupu üzrə 4732 plan yeri uğrunda 6966 abituriyent və subbakalavr elektron ərizəsini təsdiqləyib.

V ixtisas qrupu üzrə 4704 plan yeri uğrunda 16517 abituriyent və subbakalavr ixtisas seçimi edib.

Chosen
28
3
modern.az

4Sources