EN

Sevgilisinin xalası qızına qarşı əxlaqsızlıq edən gəncə hökm oxundu

Abşeron Rayon Məhkəməsində on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmədə təqsirləndirilən Zamiq Quliyevin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Abusət Qasımovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə o, 1 il müddətinə azadlıqdan məhrum edilib.


İttihama görə, 2007-ci il təvəllüdlü Zamiq Quliyev 2024-cü ilin avqust ayının sonlarında tanışı on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan, 2009-cu il təvəllüdlü, zərərçəkmiş S.S.-in (adı, soyadı şərtidir) yaşadığı Abşeron rayonu, Xırdalan şəhərində yerləşən evinə gedib. O, evdə heç kimin olmamasından istifadə edərək, qarşılıqlı razılıq əsasında qıza qarşı seksual xarakterli hərəkətlər edib.


Məhkəmə iclasında Zamiq Quliyev ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərib ki, S.S. 2024-cü ilin yay aylarında Abşeron rayonu ərazisində yerləşən parkların birində tanış olduğu M.M.-in (adı, soyadı şərtidir) xalası qızıdır. Onu zərərçəkmişlə sevgilisi olan M.M. tanış edib. Sonradan Zamiq tez-tez S.S. gilin evlərinə gedib. Lakin o, ifadəsində S.S.-ə qarşı seksual xarakterli hərəkətlər etmədiyini qeyd edib.

 

Kamal Məmmədov 

Tarix: 20 Avqust 2025, 09:04   
Chosen
51
4
pravda.az

5Sources