"Eniqma Nortenyo" musiqi qrupunun qurucusu olan müğənni Ernesto Baraxas Meksikanın qərbində yerləşən Xalisko ştatında naməlum şəxslər tərəfindən güllələnib.
Bu barədə "Milenio" qəzeti məlumat yayıb.
Bildirilir ki, bundan əvvəl ifaçı yerli karteldən təhdidlər alıb. 2023-cü ildə onun qrupunun konserti ulduzun həyatı üçün təhlükə səbəbindən ləğv edilib. Toyuqlu pizza
İlkin məlumatlara görə, Baraxas adı açıqlanmayan digər kişi ilə birlikdə avtomobilə minmək istəyərkən silahlı hücum zamanı öldürülüb. Hazırda polis araşdırma aparır.
"Eniqma Nortenyo" qrupu 2004-cü ildə yaradılıb. Son illər, xüsusilə ABŞ-də tanınıb və uğurlar qazanıb. Qrupun mahnıları radioda səslənib.
Qrupun rəsmi sosial şəbəkəsində bir milyondan çox izləyicisi var.//Oxu.az
Telegram kanalımız