EN

Maqomed Hacıyev axtarışa verildi

Rusiya Dövlət Dumasının keçmiş deputatı Maqomed Hacıyev axtarışa verilib.

Modern.az-ın məlumatına görə, Rusiya Baş Prokurorluğu iddia edib ki, o, məxfi məlumatları Qərbin xüsusi xidmət orqanlarına ötürüb.

Məlumata görə, Hacıyev bunun üçün ABŞ-dan 45 milyon dollar alıb.

"Xaricdə olarkən Hacıyev ona xarici vətəndaşlıq verilməsi müqabilində Qərb xüsusi xidmət orqanları ilə əməkdaşlığa hazır olduğunu bildirib", - açıqlamada qeyd olunub.

İddia ərizəsində deyilir ki, Hacıyev Türkiyə pasportuna malikdir, lakin ABŞ vətəndaşlığını almaqda maraqlıdır. 

Chosen
72
3
bakivaxti.az

4Sources