EN

Talibandan qeyri-adi çağırış: Əfqanıstan onlara qarşı istifadə olunacaq

BAKI, 20 avqust. TELEQRAF

Əfqanıstanın müdafiə naziri Məhəmməd Yaqub Mücahid Rusiya, ABŞ və Çinə müraciət edərək, ölkə uğrunda sülh yolu ilə rəqabət aparmağa və ticarət-iqtisadi əməkdaşlığı inkişaf etdirməyə çağırıb.

Teleqraf xəbər verir ki, bu barədə "Amu TV" məlumat yayıb.

Nazirin sözlərinə görə, böyük güclər bir-birinə qarşı təzyiq göstərmək əvəzinə, Əfqanıstan vasitəsilə birgə iqtisadi layihələr həyata keçirməli, bəndlər, yollar, fabriklər və enerji layihələrinə sərmayə qoymalıdır.

“Nə Rusiya, nə Çin inanır ki, Əfqanıstan ABŞ-nin göstərişi ilə onlara qarşı istifadə olunacaq. ABŞ da eyni ilə düşünür. Gəlin ticarət edək və sülh yolu ilə rəqabət aparaq”, - deyə Mücahid vurğulayıb.

O həmçinin bildirib ki, Əfqanıstan heç bir ölkəyə qarşı düşmən mövqedə deyil və bütün dövlətlərlə İslam şəriətinə əsaslanan müsbət münasibətlər qurmaq istəyir.

Bundan əlavə, avqustun 10-da Taliban ABŞ-yə müraciət edərək onun hakimiyyətini tanımağı və Vaşinqtondakı Əfqanıstan səfirliyinin binasını geri qaytarmağı xahiş edib.

Taliban nümayəndəsi Zəbihullah Mücahid qeyd edib ki, Rusiya artıq Əfqanıstanın niyyətlərini anlayışla qarşılayır. O, digər ölkələri də eyni mövqeyi nümayiş etdirməyə çağırıb.

Chosen
41
teleqraf.com

1Sources