EN

Azərbaycanın uğuru və yüksəlişi daimi və əbədi olsun!

Amerika və İsraildən bir neçə Yəhudi qurumları və Lobbi təşkilatları  Azərbaycana avqustun 8-də baş tutmuş Vaşinqton görüşünə dair dəstək ifadə ediblər. Açıqlamada deyilir:

“Ermənistanla doğma Azərbaycan arasında 35 ilə yaxın uzun bir dövrü əhatə edən münaqişənin sona çatması və avqustun 8-də Vaşinqtonda tərəflər arasında sülhə doğru addımların atılması, Azərbaycana qarşı 30 ildən artıq davam edən ədalətsiz və ikili standartları əks etdirən, heçbir məntiqə və hüquqa əsaslanmayan azadlığa dəstək aktına edilən məkrli 907-ci düzəlişin ləğv edilməsi, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasını birləşdirən Zəngəzur dəhlizinin açılması, münaqişənin məhz sülh danışıqları formatında nizamlanması, Ermənistan tərəfinin sülh prosesində konstruktiv mövqe tutması və Azərbaycanla sülh prosesində maraqlı olması, Ermənistanın Azərbaycana dair absurd və əsassız ərazi iddialarından imtina etməsi, habelə Azərbaycan və ABŞ arasında münasibətlərdə yeni səhifənin açılması, dünyanın ən güclü və böyük dövləti ilə Azərbaycan arasındakı münasibətlərin dostluq müstəvisinə keçməsi, ABŞ-ın Azərbaycanın milli maraqları ilə hesablaşması və bölgədə davamlı sülhün bərqərar olmasına yüksək dəstək ifadə etməsi son dərəcə sevindirici haldır. Avqustun 8-də Vaşinqtonda liderlər arasında keçirilən zirvə görüşü Cənubi Qafqaz regionu üçün yeni bir işıqlı səhifə açdı və bu görüşdə əldə olunan nailiyyətlər Azərbaycan və Ermənistan xalqları üçün uğur gətirəcək. Həmçinin, 8 Avqust zirvə görüşündə əldə olunan nəticələr birmənalı olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diplomatiyadakı növbəti uğuru və Azərbaycana qazandırmış olduğu növbəti qələbədir. Azərbaycan ordusunun 5 il öncə hərb meydanında qazandığı şanlı qələbə nəticəsində Azərbaycan beynəlxalq hüququ bərpa etdi və BMT qətnamələrini təkbaşına icra etdi ki, bununla da regionda 30 ilə yaxın  pozulmuş haqq-ədalət bərpa oldu. Məhz Azərbaycan ordusunun 44 günlük müharibədə əldə etdiyi şanlı və parlaq qələbəsi nəticəsində Azərbaycan bu gün qalib ölkədir və cənab İlham Əliyev  Vaçinqtondakı görüşdə qalib ölkənin qalib lideri olaraq iştirak etdi. Vaşinqton görüşü həm də Azərbaycan diplomatiyasının qələbəsidir. Vaşinqton görüşü ATƏT-in Minsq qrupunun 30 illik yarıtmaz fəaliyyətini də sona çatdırdı. Vaşinqton görüşündə əldə olunan nəticələr açıq aşkar göstərdi ki, tərəflər özləri ATƏT-in Minsq qrupunun və digər təşkilatların yarıtmaz fəaliyyəti və müdaxiləsi olmadan da özləri sülhə nail ola və qarşılıqlı anlayış və hörmət əsasında razılığa gələ bilərlər. Bu istiqamətdə göstərdiyi səylərə və əzmkarlığa görə ABŞ prezidenti Donald Trampa da böyük təşəkkür və alqış düşür.

Azərbaycan və Ermənistan arasında sülhə doğru addım atılması və sülh sazişinin razılaşdırılması, münaqişənin əbədiyyən sona çatması, bölgəyə sülh və əmin-amanlığın hakim olması Cənubi Qafqaz regionuna böyük uğur gətirəcək. Zəngəzur dəhlizinə isə ABŞ şirkətlərinin nəzarət etməsi, Qarabağa və Azərbaycana böyük investisiya və kapital yatırımını artıracaq. Bir sözlə demək olar ki, bölgənin bütün siyasi abu-havası düzələcək və infrasutrukturu çiçəklənəcək. Azərbaycan və Ermənistan arasında sülhə və hər iki ölkə arasındakı münasibətlərin düzəlməsinə, diplomatik əlaqələrin qurulmasına, həmçinin Tramp marşurutu adlandırılan və ticarət yolu olan Zəngəzur dəhlizinin açılmasına mane olmaq cəhdləri hər iki ölkəyə və hər iki ölkənin xalqına qarşı düşmənçilik cəhdidir. Azərbaycan və Ermənistan dövlətləri öz müqəddəratlarını özləri birlikdə diplomatik yolla danışıq apararaq həll etmək və münasibətlərini möhkəmləndirmək imkanındadırlar və hazırda buna heç bir əngəl ola bilməz.  Azərbaycan öz siyasətində və mövqeyində hər zaman haqlı olub, hər zaman Azərbaycan dövləti tərəfindən haqlı və ədalətli siyasət aparılıb və heçbir ölkəyə və heçbir ölkənin vətəndaşına qarşı Azərbaycan tərəfindən heç bir zaman haqsızlıq edilməyib.

Bu gün müstəqil Azərbaycan özünün yüksək və sürətli inkişaf yolundadır. Azərbaycan xalqı ilə Yəhudi xalqı tarixən qardaş xalq olub və min illərdir ki, Qafqazda Yəhudilərlə Azərbaycanlılar dostluq içərisindədirlər və qardaş xalq kimi yaşayırlar. Azərbaycan xalqı tarixən sülhsevər və tolerant xalqdır və burada əsrlərdir tolerant yaşam və multikultural ənənə mövcuddur. Azərbaycan dünyada yeganə ölkədir ki, burada heç bir zaman anti-semitizm, dini ayrıseçkilik olmayıb. Azərbaycan qanunlar ölkəsidir və burada bütün hüquqlar, qanunun aliliyi ən yüksək səviyyədə qorunur, buradakı bütün xalqlar qardaş kimi yaşayır. Azərbaycan hər zaman sülhün və beynəlxalq hüququn tərəfində olub. Bütün bu nümunəvi dəyərlər bütün dünyada analoqu olmayan göstəricidir və Azərbaycan bütün dünyaya nümunə olan ölkədir. Azərbaycan dövləti hələ dahi şəxsiyyət Heydər Əliyev tərəfindən qurularkən bu nümunəvi dəyərlər üzərində qurulub. Tolerantlıq, multikultural dəyərlər, sülhsevərlik Azərbaycan dövlətinin prioritet siyasətidir və dahi şəxsiyyət Heydər Əliyev tərəfindən başladılan bu ali siyasət bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilməkdədir. 

Biz, hər zaman Azərbaycan xalqının və dövlətinin yanındayıq. Azərbaycan dövlətini və xalqını əldə olunan yüksək nailiyyətlər münasibətilə təbrik edir, Azərbaycan xalqına və dövlətinə daimi və əbədi sülh, firəvanlıq, əmin-amanlıq, uğur və nailiyyətlər diləyirik. Arzu edirik ki, doğma Azərbaycanın uğuru və yüksəlişi daimi və  əbədi olsun.

Amerikadakı Azərbaycan Yəhudi icması,

ABŞ-dakı Qafqaz Yəhudilərinin Mədəniyyət Mərkəzi,

“İsraildə Azərbaycan Evi” Diaspor Təşkilatı,

İsraildəki Dağ Yəhudilərinin Koordinasiya Şurası,

İsrail Təhlükəsizlik Akademiyasının Qafqaz və MDB ölkələri üzrə Azərbaycan Respublikasındakı Regional Nümayəndəliyi,

Dünya və Avropa Krav Maqa Federasiyalarının Azərbaycan Respublikasındakı Regional Nümayəndəliyi,

İsraildəki Qafqaz Yəhudilərinin Mədəniyyət Mərkəzi,

Təl-Əviv şəhəri Dağ Yəhudiləri Diaspora İcması,

Akko şəhəri Dağ Yəhudiləri Dini İcması,

Kiryat-Byalik şəhəri Dağ Yəhudiləri Diaspora İcması,

Pardes-Xana şəhəri Dağ Yəhudiləri Diaspora İcması,

Ramle şəhəri Dağ Yəhudiləri Diaspora İcması,

Petax Tikva şəhəri Dağ Yəhudiləri Diaspora İcması,

Hayfa şəhəri Dağ Yəhudiləri Diaspora İcması,

Netanya şəhəri Dağ Yəhudiləri Diaspora İcması”

4Sources