EN

Kurban Berdiyev daha bir yerlinin xidmətindən imtina edib

Idman.biz saytından alınan məlumata görə, ain.az bildirir.

"Turan Tovuz"un baş məşqçisi Kurban Berdiyev daha bir yerli futbolçunun xidmətindən imtina edib.

İdman.biz Sportinfo.az-a istinadən xəbər verir ki, o, Sadiq Şəfiyevı sərəncamında görmək istəməyib.

Qərb klubunun adını iştirak ərizəsinə salmadığı hücumçu ilə hələ 2 illik müqaviləsi var.

Yerli rəsmilər ayoıq maaş 2500 manat olan 20 yaşlı forvarda kontraktı qarşılıqlı razılıq əsasında pozmağı təklif eləyib.

Sadiq ötən mövsümün ilk yarısında 1 qol vurub. «Sumqayıt»ın qapısına yol tapmış gənc ön xətt oyunçusu qış fasiləsindən sonra "Kəpəz"ə icarəyə verilib.

Kurban Berdiyev ondan öncə İbrahim Ramazanovu «qara siyahı»ya salıb. Keçən ilin yayında «Qəbələ»dən gəlmiş müdafiəçi yeni mövsüm üçün sifariş olunmayıb.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
14
2
icma.az

3Sources