EN

Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib

Milli Hidrometeorologiya Xidmətinin avqustun 20-si saat 9:00-a olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib. Lakin səhər saatlarında Abşeron yarımadasının bəzi yerlərində (Sumqayıtda 1 millimetrədək) qısamüddətli az yağış yağıb.

Şərq küləyi əsib. Küləyin maksimal sürəti arabir saniyədə Naftalanda 20, Culfada 19 metrədək güclənib.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 34, dağlıq rayonlarda 29, Aran rayonlarında 37, Naxçıvan Muxtar Respublikasında 38 dərəcəyədək isti qeydə alınıb.

Chosen
93
49
anspress.com

10Sources