"Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyo işləmək istəmədiyi futbolçuları müəyyən edib. Metbuat.az xəbər verir ki, Mourinyo 4 futbolçunun üstündən xətt çəkib. Portuqaliyalı məşqçi Mimoviç, Dieqo Karlos, Cengiz Ünder və Əmrə Morun klubdan göndərilməsini istəyir. Məlumata görə, məşqçinin tələbi əsasında rəhbərlik futbolçuları klubdan göndərəcək. Bildirilir ki, Mourinyo Türkiyə çempionatında keçirilən “Göztəpə” ilə matçda bu futbolçuları heyətə daxil etməyib. Qeyd edək ki, “Göztəpə” - "Fənərbaxça" oyunu 0-0 hesabı ilə yekunlaşıb.