Avqustun 19-da Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub. DİN-in Mətbuat Xidmətindən 1news.az-a bildirilib ki, araşdırmalarla yanğının 1992-ci il təvəllüdlü Loğman Köçərli tərəfindən ehtiyatsızlıqdan törədildiyi məlum olub. Hadisə nəticəsində quru ot və kol-kos yanıb. Əməli törədən L.Köçərli saxlanılaraq barəsində məsuliyyət tədbiri görülüb. Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.