Gəncədə yeniyetmənin qətlə yetirilməsi ilə bağlı cinayət işi başlanılıb.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə Gəncə Şəhər Prokurorluğu məlumat yayıb.
Məlumatda deyilir ki, avqustun 19-da saat 21 radələrində Gəncə şəhəri ərazisində yetkinlik yaşına çatmayan K.N-nin (şərti) öldürülməsi barədə prokurorluğa məlumat daxil olub.
Araşdırmalarla yetkinlik yaşına çatmayan R.B-nin (şərti) șəhərin Dəmiryolu vağzalı adlanan ərazisində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək K.N-ni (şərti) qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Gəncə șəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, R.B (şərti) iş üzrə şübhəli şəxs qismində tutulub.
“Cebheinfo.az”