EN

MİQ də rus bölməsi üzrə vakant yerlərin azalması ilə bağlı iddialara aydınlıq gətirilib

ain.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rus bölməsi üzrə Azərbaycan dili fənninin dərs saatlarının Azərbaycan bölməsinin müəllimlərinə verilməsi ilə bağlı iddialar həqiqəti əks etdirmir.

Bu sözləri APA-ya açıqlamasında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli deyib.

O bildirib ki, bölmələr üzrə test, müsahibə və vakansiya seçimi mərhələsi ayrılıqda həyata keçirilir.

Qeyd edək ki, sosial şəbəkələrdə rus bölməsi üzrə Azərbaycan dili fənninin dərs saatlarının Azərbaycan bölməsinin müəllimlərinə verilməsi ilə bağlı iddialar yayılmışdı.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
20
8
azpolitika.info

9Sources