EN

Son 10 ildə ilk dəfə: startda 3 heç-heçə

Misli premyer-liqasının 2025/26 mövsümünün startı heç-heçələrlə zəngin olub. 1-ci turun baş tutan 5 oyunundan üçü "sülh"lə nəticələnib.

"Football-plus.az" xəbər verir ki, “Karvan-Yevlax” – “Qəbələ”, “Neftçi” – “Şamaxı” və “Zirə” – “Araz-Naxçıvan” görüşlərində eyni – 1:1 hesabı qeydə alınıb. Start turunda üç heç-heçəyə təsadüf olunması son 10 mövsümdə ilk dəfə yaşanıb.

Sonuncu dəfə 2015/16 mövsümündə ilk turda 3 bərabərlik olub. Həmin vaxt da 5 matç baş tutub.

Startda daha çox heç-heçəyə sonuncu dəfə 2012/13 mövsümündə təsadüf olunub. Həmin vaxt 5 görüşün dördündə qalib müəyyənləşməyib.

Cari mövsümün 1-ci turunun keçirilən 5 oyununda 10 qol vurulub. Orta məhsuldarlığın 2,00-yə bərabər olması son 5 mövsümün startında ən aşağı göstəricidi. Sonuncu dəfə 2020/21 mövsümündə bu rəqəm 2,00 olub.

Xatırladaq ki, 1-ci turun "Sabah" - "Qarabağ" matçı təxirə salınıb.

Chosen
56
20
football-plus.az

10Sources