EN

Kral ailəsində təcavüz qalmaqalı: Şahzadəni 10 ilədək həbs gözləyir

Norveç kral ailəsindən olan 28 yaşlı şahzadə Marius Borq Hoibi şok ittihamlarla üzləşib.

Publika.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.

Bildirilib ki, Hoibi dörd qadına təcavüz etmək, məişət zorakılığı, qadınların razılığı olmadan görüntülərini qeydə almaq, polis təqibi və yol hərəkəti qaydalarını pozmaq da daxil 32 ittiham üzrə mühakimə olunacaq.

2024-cü ilin noyabrında istintaq çərçivəsində bir həftəlik həbs edilən şahzadənin reabilitasiya müalicəsindən sonra Kopenhagendə gizləndiyi bildirilib. Əgər Hoibi bu ittihamlar üzrə təqsirli bilinərsə, onu 10 ilədək həbs gözləyir. Məhkəmə prosesinin gələn ilin əvvəlində başlayacağı və təxminən altı həftə davam edəcəyi açıqlanıb.

Chosen
42
1
publika.az

2Sources