EN

Rus bölməsi üzrə vakant yerlər azalır - İDDİAYA CAVAB

Yazını böyüt
Yazını kiçilt

"Rus bölməsi üzrə Azərbaycan dili fənninin dərs saatlarının Azərbaycan bölməsinin müəllimlərinə verilməsi ilə bağlı iddialar həqiqəti əks etdirmir".

Hafta.az xəbər verir ki, bu sözləri APA-ya açıqlamasında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli deyib. O bildirib ki, bölmələr üzrə test, müsahibə və vakansiya seçimi mərhələsi ayrılıqda həyata keçirilir.

Qeyd edək ki, sosial şəbəkələrdə rus bölməsi üzrə Azərbaycan dili fənninin dərs saatlarının Azərbaycan bölməsinin müəllimlərinə verilməsi ilə bağlı iddialar yayılmışdı.

Chosen
54
8
hafta.az

9Sources