Rusiyanın Kemerovo şəhərində “Laplandiya” ticarət mərkəzində yanğın baş verib.
Bakues.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri Kemerovo vilayətinin qubernatoru İlya Seredyuka istinadən məlumat yayıb.
“Binanın üzlüyü yanır. Ticarət mərkəzinin əməkdaşları və ziyarətçiləri təxliyə olunur”, – o bildirib.
İlkin məlumatlara görə, xəsarət alan yoxdur.
Hazırda fövqəladə hallar üzrə xidmətlərin əməkdaşları hadisə yerindədirlər.