EN

Keçmiş deputat məxfi məlumatları Qərbə ötürüb

Keçmiş

Rusiya Dövlət Dumasının keçmiş deputatı Maqomed Hacıyev məxfi məlumatları açıqladığına görə ABŞ hökumət strukturlarından ən azı 45 milyon dollar alıb və bu, ABŞ hökumətinin Dövlət Səmərəliliyi Departamenti tərəfindən aşkar edilib.

Bu barədə TASS-a Rusiya Baş Prokurorluğundakı mənbə bildirib.

Nəzarət qurumunun məlumatına görə, Ukraynada hərbi əməliyyatlar başladıqdan sonra M.Hacıyev xaricə gedərək ona xarici vətəndaşlığın verilməsi müqabilində Qərbin xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməyə hazır olduğunu bildirib. O, bu barədə “Telegram” kanalındakı videoyazıda məlumat verib.

Sabiq deputat 2023-cü ilin may ayından Rusiya Ədliyyə Nazirliyi tərəfindən xarici agentlər reyestrinə daxil edilib(Report).
Chosen
52
7
reyting.az

8Sources