EN

MİQ: 8 fənn üzrə müsahibələr KEÇİRİLİB

Bu gündən etibarən müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə başlanıldı. Bakı şəhər 161 nömrəli tam orta məktəbdə keçiriləcək müsahibələrə 3957 nəfər dəvət edilib. İlk gün rus dili və ədəbiyyatı, ingilis dili, alman dili, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, biologiya, fizika və coğrafiya fənləri üzrə müsahibələr təşkil olunacaq.

Bu barədə AzEdu.az-a İnsan Resursları Mərkəzindən məlumat verilib.

Bildirilib ki, 26 avqust tarixinədək davam edəcək müsahibələr zamanı müvafiq komissiyalar tərəfindən namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü proqrama uyğun olaraq yoxlanılacaq.

Xatırladaq ki, namizədlər şəxsi səhifələrində qeyd olunan tarixdə müsahibə mərhələsində iştirak etmədiyi halda bu, tutduğu vakant yerdən imtina kimi qeydə alınacaq və həmin namizədlərin müddətli müqavilə ilə işə qəbul turlarında iştirakı təmin olunmayacaq.

Chosen
23
32
azedu.az

10Sources