EN

Qohumlarının səkkiz ay axtardığı azərbaycanəsilli şəxs Rusiya Ukrayna müharibəsində həlak oldu

Oxu.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanəsilli şəxs həlak olub.

Oxu.Az "Unikal"a istinadən xəbər verir ki, Rusiya tərəfindən döyüşlərdə iştirak edən 1986-cı il təvəllüdlü Ruslan Camalov dünyasını dəyişib.

R.Camalovun nəşi ölkəyə gətirilərək Lənkəran rayon Daşdatük kəndində torpağa tapşırılıb.

Qeyd edək ki, R.Camalov yaxınları tərəfindən səkkiz ay idi axtarılırdı. Yaxınlarının verdiyi məlumata görə, R.Camalov Donetskdə gedən döyüşlərdə itkin düşmüşdü.

Xatırladaq ki, bir müddət əvvəl Ukrayna Silahlı Qüvvələrinin azərbaycanəsilli hərbçisi, 1990-cı il təvəllüdlü Ruslan Akif oğlu Əliyev 2025-ci il mayın 3-də Volçanskda - Xarkov ərazisində həlak olmuşdu.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
75
8
oxu.az

10Sources