EN

Goranboyda itkin düşən 11-ci sinif şagirdi tapıldı

Goranboyda itkin düşən məktəbli tapılıb.

APA-ya bu barədə itkin düşmüş İsayev Ümid Azad oğlunun yaxınları məlumat verib.

Bildirilib ki, məktəbli Bakı şəhərindən tapılıb. Hazırda o, ailəsinin yanındadır.

Qeyd edək ki, rayonun Səfikürd kənd tam orta məktəbinin 11-ci sinif şagirdi İsayev Ümid Azad oğlu avqustun 18-də evdən gedib və bir daha geri qayıtmayıb. Elə həmin gün faktla bağlı polisə məlumat verilib.
Chosen
50
6
7news.az

10Sources