EN

Ukraynaya yaxınlaşdıq - UEFA reytinqi

Azərbaycan UEFA reytinqində Ukraynaya yaxınlaşıb.

"Football-plus.az" xəbər verir ki, bu, "Qarabağ"ın Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda Macarıstanda "Ferentsvaroş"a qalib gəlməsi sayəsində mümkün olub. "Köhlən atlar" ölkənin aktivinə daha 0,250 əmsal yazdırıb. Azərbaycan (19.500) 28-ci, Ukrayna (19,725) 27-ci pillədə qərarlaşıb. Bolqarıstan (18.375) 29-cu sıradadı.

Ukrayna və Bolqarıstanın avrokuboklarda üç, Azərbaycanın isə bir təmsilçisi qalıb.

Xatırladaq ki, "Qarabağ" səfərdə "Ferentsvaroş"u 3:1 hesabı ilə üstələyib. UEFA reytinqinə 94.839 əmsalla İngiltərə başçılıq edir.

Chosen
31
6
football-plus.az

9Sources