"İlk hissə yaxşı keçdi, düzgün oynadıq, qol vurduq.
Özümüzə inamımız yüksək idi".
Sportinfo.az xəbər verir ki, bu sözləri "Ferensvaroş"un baş məşqçisi Robbi Kin Çempionlar Liqasının pley-off mərhələsinin "Qarabağ"la keçirilən ilk oyunu haqda deyib.
Budapeştdə keçirilən və 1:3 hesabı ilə uduzduqları matçı şərh edən irlandiyalı mütəxəssis qeyd edib ki, futbolçusu Bence Etvoşun zədələnməsi onların oyununa çox pis təsir edib:
"Bu, bizi geriyə saldı. Bundan sonra orta sahədə oyuna lazımınca nəzarət edə bilmədik.
Amma fasilədən sonra rəqibin bizi tam üstün oyunla əzdiyini də demək olmaz. Çünki iki qolu standart vəziyyətdən vurdular.
Belə qollar buraxmağımız məyusedicidir. Oyunu daha çox nəzarət altında saxlamaq istəyirdik.
Deməzdim ki, bizi təəccübləndirdilər. Biz də qollar vurmağa yaxın olduq. Amma epizodları onlar dəyərləndirdi, biz yox.
Baş məşqçi gələn həftə Bakıda keçiriləcək cavab oyunu ilə bağlı da danışıb:
"Bizə motivasiya verən odur ki, rəqib artıq qalib gəldiyini düşünür. Futbolda hər şey mümkündür, bu vəziyyətdən də çıxmaq olar".
Robbi Kİn "Bence Etboşunzədəsinin nə dərəcədə ciddi olması ilə bağlı suala cavab olaraq bildirib ki, daha dəqiq məlumat növbəti günlərdə olacaq:
"Amma ümumiyyətlə, əgər bir oyunçu bu şəkildə meydanı tərk etməli olursa, bu, heç vaxt yaxşı əlamət deyil".
Komandalar arasında cavab matçı avqustun 27-də Bakıda olacaq.