EN

Əhalinin qaz istehlakı artıb

2025-ci ilin yanvar-iyununda ölkədə əhali tərəfindən 2 584,8 milyon kub metr qaz istehlak edilib, bu da  əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,8 faiz çoxdur.  Bu barədə  Dövlət Statistika Komitəsi məlumat yayıb.

İstehlakının 36,8 faizi Bakının, 3,2 faizi Naxçıvanın, 11,6 faizi Abşeron-Xızı, 6,1 faizi Gəncə-Daşkəsən, 6,0 faizi Lənkəran-Astara, 5,8 faizi Qazax-Tovuz, 5,7 faizi Mərkəzi Aran, 5,3 faizi Şəki-Zaqatala, 4,9 faizi Quba-Xaçmaz, 4,7 faizi Qarabağ, 3,8 faizi Mil-Muğan, 3,6 faizi Şirvan-Salyan, 2,4 faizi Dağlıq Şirvan, 0,1 faizi isə Şərqi Zəngəzur iqtisadi rayonlarının payına düşüb.

 2025-ci ilin  altı ayında ölkədə əmtəəlik təbii qaz ehtiyatlarının həcmi 21 613,1 milyon kub metr təşkil edib.

Chosen
71
9
anews.az

10Sources