Aktual.az xəbər verir ki, o, burada Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesindəki roluna bir daha toxunub.
Digər münaqişələr arasında Tramp burada da mühüm töhfəsi olduğunu qeyd edib.
Ermənistan-Azərbaycan sülh prosesindən danışan ABŞ prezidenti Ermənistanı "Albaniya” adlandırıb.
Tramp vurğulayıb ki, o, 34-35 il müharibə şəraitində olan Azərbaycan və Ermənistan arasında sülhün təmin olunmasında müsbət rol oynayıb.
"Hətta bəziləri mənə deyirdilər ki, bunu həll edə bilməzsən, amma mən bunu həll etdim”, - ABŞ prezidenti əlavə edib.
Tramp avqustun 8-də Ağ Evdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla görüşünü də xatırladıb.