EN

İstanbulda mənzildə azərbaycanəsilli qadının meyiti tapılıb

İstanbulda azərbaycanəsilli qadın Olqa Aydın yaşadığı evdə ölü tapılıb.

Far.Az "Sondakika.com"a istinadən xəbər verir ki, hadisə Esenyurt rayonunda yaşanıb. 

Qonşuları polisə zəng edərək 58 yaşlı qadının evindən gələn xoşagəlməz qoxu gəldiyini bildirib. Polis evə baxış keçirərkən qadının cansız bədənini aşkar edib.

Qadının xəstə baxıcısı işlədiyi və bir gün əvvəl öldüyü ehtimal edilib. 

Hadisə ilə bağlı araşdırmalara başlanılıb. 

Chosen
62
far.az

1Sources