2025-ci ilin yanvar-iyununda Azərbaycanda əmtəəlik təbii qaz ehtiyatlarının həcmi 21 613,1 milyon kub metr təşkil edib. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.
Cari ilin altı ayında Azərbaycan ötən ilə müqayisədə 3,0 faiz az təbii qaz ixrac edib.
Təbii qaz üzrə ehtiyatların 29,3 faizi ölkə daxilində istehlak ediib, 58,7 faizi ixrac olunub, 2,4 faizi itkiyə gedib, 9,6 faizi isə iyul ayının əvvəlinə ehtiyat kimi qalıb. Ölkə daxilində istehlak edilmiş təbii qazın 59,2 faizi istehsal ehtiyaclarına sərf edilib, 40,8 faizi isə əhaliyə satılıb.
2025-ci ilin yanvar-iyun aylarında 12682,1 milyon kub metr və ya 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 3,0 faiz az təbii qaz ixrac edilib.
Aytac