EN

Rəşad Nəbiyev Şabranda vətəndaşları qəbul edəcək

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev 29 avqust 2025-ci il tarixində saat 09:30-da Şabran rayonunda yerləşən Heydər Əliyev Mərkəzində Şabran, Siyəzən, Xızı rayonları və Sumqayıt şəhərinin sakinlərini qəbul edəcək.

Bu barədə "APA-Economics"ə Nazirlikdən bildirilib.

Nazir bu bölgələrdə göstərilən nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri sahəsində əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşları dinləyəcək.

Qəbula 28 avqust 2025-ci il tarixinə qədər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Çağrı mərkəzi (1655) və elektron poçtu ([email protected]), 010 250 48 48 və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefonlar vasitəsilə yazılmaq mümkündür.

Chosen
236
12
apa.az

10Sources