EN

Zelenskinin bu dəfəki kostyumu çox danışılır

Milli.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla görüşə Ukraynanın Müstəqillik Günü üçün hazırlanmış xüsusi kostyumda qatılıb.

Milli.Az xəbər verire ki, bu barədə xarici media məlumat yayıb.

Geyimin dizayneri Viktor Anisimov bildirib ki, kostyumun dizaynı hələ yanvar ayında hazırlanıb və ilkin məqsəd Müstəqillik Günü tədbiri üçün idi. Ancaq Zelenski sonradan bu geyimin Ağ Ev görüşü üçün də uyğun olduğuna qərar verib.

Kostyum fransız hərbi üslubunda, hərbi kətandan tikilmiş rəsmi gödəkçədən ibarətdir. Anisimov həm qara, həm də mavi rəngdə iki versiya hazırlayıb.

Dizayner vurğulayıb ki, bu layihə Zelenskinin geyimi ilə bağlı əvvəlki tənqidlərə cavab kimi ortaya çıxmayıb və onlar işi qalmaqaldan əvvəl başlamışdılar.

Asya

Milli.Az 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
28
1
news.milli.az

2Sources