ain.az bildirir, Fanat saytına əsaslanaraq.
Ötən gün məşhur "Marakana" stadionunda tarixi hadisə reallaşıb.
Fanat.Az xəbər verirr ki, "Fluminense"nin 44 yaşlı qapıçısı Fabio Lopes futbol tarixinə keçirdiyi oyun sayına görə yeni dünya rekordunun sahibi kimi düşüb.
O, "Copa Sudamericana"-nın ikinci turunda "Amerika de Kali"yə qarşı oynayaraq, karyerası ərzində 1391-ci matçına çıxıb və bununla da 1966-1997-ci illərdə oynamış əfsanəvi ingilis qapıçı Piter Şiltonun nailiyyətini geridə qoyub.
"Fluminense" sosial şəbəkə hesabında qapıçısını təbrik edərək əlamətdar hadisəni qeyd edib. Bundan əlavə, Fabionun özü də daxil olmaqla, komandanın bütün qapıçıları nailiyyətə həsr olunmuş xüsusi formalar geyiniblər və klub rəhbərliyi öz rəsmi "X" hesabında "#Fabio1391" heşteqindən istifadə edib.
Fabionun 1391 oyundan 976-nı "Kruzeyro"da, 235-ni "Fluminense"də, 150-ni "Vasko do Qama"da, 30-nu "Uniau Bandeyrante"də keçirib.
Mirağa
Abunə Ol
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.